Facebook-da “Azərbaycan reallığı” adlı səhifə “İddia olunur ki bu adam təhsil nazirinin müavinidir. Mənbə Nasib Nasibov” şərhi ilə bu videonu paylaşıb. “Azərbaycan reallığı”və azsaylı izləyicisi olan youtube kanalından başqa bu mövzuya toxunulmayıb. 

Bu məlumatın ilk dəfə harada yayılması, rəqs edənin kimliyi haqda məlumat verəcəyik. Hələlik isə Təhsil Nazirliyinin rəhbər heyəti haqda məlumat olan səhifəyə diqqət kəsilək.

 

Göründüyü kimi nazir və nazir müavinləri arasında videoda görünən şəxsə yaxından-uzaqdan uyğun gələni yoxdur.

Bəs, bu videoda olan şəxs kimdir?

Bu araşdırmanın aparılmasında təbii ki, əsas hədəfimiz həqiqəti ortaya çıxarmaqdır. Bununla yanaşı çox maraqlı bir məqam diqqətimizi cəlb etdi. Belə ki, bu videodan bir çox ölkələrin sosial şəbəkə seqmentində yerli məmurlara qarşı kampromat material kimi istifadə olunduğunu müşahidə etdik. Misal üçün, Braziliyada Vasco şirkətinin sahibi, məşhur biznesmen  Alexandre Campello haqqında bu məlumat yayılıb.

Digər kamromat məlumat isə Livanın Sosial Məsələlər üzrə naziri Hektor Hajar haqda çıxıb. Livan mediası da öz növbəsində rəqs edən şəxsin nazir olduğunu iddia edib. Livanın “Ən-Nahar” qəzeti faktları araşıdırıb. 

Sosial mediada nazirə “pamperslərin rəqsi” və “böləkağı naziri” ayamaları qoşulub və ələ salınıb. (link)

Lakin sosial şəbəkə şəbətəsinin hökmranlığı çox çəkmir və peşəkar araşdırmaçılar tərəfindən əsl həqiqəti üzə çıxarılır. Əvvəlcə adı hallanan nazirlərin və rəqs edən şəxsin fotoları yanaşı qoyularaq müqayisə edilir. Fotoda sağ tərəfdə nazir Hajar, solda isə iqtisadiyyat nazırı Salamdır.

Yəqin ki, əlavə şərhə ehtiytac yoxdur.

Sonra videonun yayılma vaxtı göstərilib. YouTubeda bu linklərdə ( Link, ,  Link , Link , Link , Link , Link , Link )həmin videonun 2015-ci il yanvar ayında yayıldığını görmək olar. 

Qəzetin araşdırmalarına görə, siyasi aktivist Toni Haciti facebook statuslarından birində yazıb ki, kadrlarda görünən rəqqas məşhur Sabah qrupunun keçmiş solisti, Əli Kubeysidir. O, Kubeysinin köhnə fotosu olan bukleti də paylaşıb.

Daha sonra həmin qrupun adının çəkilməsini istəməyən digər üzvü redaksiya ilə əlaqə saxlayaraq faktı təsdiqləyib.

Bundan sonra “Əl Nahar” əməkdaşı Kubeysinin özü ilə əlaqə yarada bilib və o, da faktı təsdiqləyib. “Video Beyrutdakı Ambasador oteldə Yeni İl gecəsi çəkilib. Həmin hadisə isə ən azı 12 il öncə olub”.

Beləliklə, videoda rəqs edən şəxs nə Azərbaycan Təhsil Nazirinin müavini, nə braziliyalı iş adamı, nə də Livanlı nazir deyil. Bu şəxs, Livanlı peşəkar rəqqas Əli Kubeysidir.

Bir daha təkrar edirik. Bu araşdırmada diqqətimizi cəlb edən, bir videonun ayrı-ayrı ölkələrdə tanınmış şəxslərə qarşı kampromat kimi istifadə edilməsi faktıdır.  Bəs, Azərbayanda niyə məhz indi dövriyyəyə buraxılıb? Təyin olunan bütün nazir müavinlərinin rəqs etmək bacarıqlarının yüksək olduğunu göstərmək üçünmü? Başqa nə variantımız va?