Türkiyə ictimaiyyəti Faktyoxla Lab. saytının türkcə versiyasında dərc olunan “Ermənilərin Türk sözünü həqarət kimi başa düşmələrinin və təhqir kimi istifadə etmələrinin səbəbi nədir?!” başlıqlı yazıdan olduqca qəzəblənib.
Artıq sözü gedən yazı ilə bağlı bəzi etirazlar səslənməkdədir. Bu yöndə ilk yazını “Afyonhaberturk” saytının köşə yazarı, araşdırmaçı yazar Dr.Derya Akdemir qələmə alıb. (
Araşdırmaçı yazar yazısında Ermənistanda Türk sözünün təhqir kimi istifadə edilməsindən duyduğu narahatlığı dilə gətirib.
Bu məsələ ilə beynəlxalq məhkəmələrə müraciət edəcəyini deyən Dr.Derya Akdemiri qələmə aldığı yazını sizə təqdim edirik: (Yazının orijinalı bu linkdə)
Mənim millətimi heç kim təhqir edə bilməz!
Ermənilər hər zaman bizə qarşı soyqırımı törətdilər və bunu dünyaya elə təqdim etdilər ki, sanki biz bunu etmişik. Dünya da bunu görüb, amma niyəsə məhəl qoymayıb. Onun buna məhəl qoymamasının da səbəbi var idi, çünki ermənilər onların öz yaratdıqları idi. O qədər hiddətləndilər ki, 70-80-ci illərdə səfirlik korpusunda çalışan əməkdaşlarımızı öldürdülər, terror aktları həyata keçirdilər, əziz Azərbaycanımızda qırğınlar, soyqırımlar törətdilər. Təkcə Xocalı soyqırımı kifayət edər ki, dünya ermənilərin bizi düşmən kimi qəbul etdiyini görüb başa düşsün. Amma yenə də görmədilər və eşitmədilər. Baxsalar da, eşitsələr də, görmürmüş, eşitmirmiş kimi davranırdılar. 44 günlük müharibə Azərbaycanın ədalətli mübarizəsi idi. Azərbaycan o mübarizədə haqlı olaraq qalib gəldi, torpaqlarını işğaldan azad etdi. Biz bu 44 günlük müharibənin ermənilərə yaxşı dərs olacağını düşünsək də, məlum oldu ki, yanılmışıq. Düşünürəm ki, ermənilər hələ də “qanla gələn, canla gedər” atalar sözündəki kimi köhnə şakərlərindən əl çəkmək niyyətində deyillər. Keçən həftə Faktyoxla Lab-da bir yazı oxudum və sözün əsl mənasında ürəyim ağrıdı. Faktyoxla Lab.-ın təqdim etdiyi məqalədə Ermənistanın baş naziri Nikol Paşinyan ona “Türk” dediklərinə görə bir neçə Ermənistan vətəndaşını məhkəməyə verdiyi yazılıb.
Qəribədir, sən həm Anadoludan Qafqaza, ordan da Orta Asiyaya kimi harda bir türk varsa, orada soyqırım törət, qadın, uşaq, cavan, qoca demədən hamını öldür, sonra da TÜRK sözünü təhqir kimi qəbul et. Yazı oxuduqca ermənilərin türklərə qarşı necə nifrətlə dolu olduğunu görəcəksiniz.
“Türklər sizin düşməninizdir” - deyə övladlarını böyüdən xalqdan danışırıq. Bu azmış kimi dərsliklərində gənclərin beynini Türkiyə və Azərbaycana düşmənçiliklə yuyurlar. Sonra o gənclər böyüyəndə harda türk görsələr, “sən türksən, sən heyvansan, bizi öldürmüsən” deyə təhqir edirlər.
Üstəlik, dövlətə başçılıq edir və bütün qonşu ölkələrə, xüsusilə Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürür. Və bir az da irəli gedərək, metro stansiyalarında Ermənistanın böyük xəyali xəritələrini asırlar.
Yazı boyunca eyni zamanda müxtəlif yerli və xarici mütəxəssislərin ermənilərin türklərə qarşı necə kin bəslədiyini araşdırdığını görəcəksiniz. Çətin vəziyyətdə olan birinə, düşmən belə olsa əl qaldıra bilməyən millətə kin saxlamaq, ”Türk” sözünü təhqir və aşağılama kimi qəbul etmək. Və kimisə məhkəməyə vermək. Sırf sənə “Türk” dediyinə görə.
Ermənistan müharibədə məğlub olduğu üçün artıq xaos və anarxiya içərisindədir, satqın axtarışındadır. Onsuz da daha əlli il özünə gələ bilməyəcək.
Amma... Amma görünür, illərdir Ermənistanın qara yarasına çevrilmiş olan diaspora erməniləri də bu ölkəni tək qoymaq fikrində deyillər. Və Paşinyan bu prosesdə digər erməni liderləri ilə eyni yolla getmək niyyətindədir. Yenə də “türk” sözü təhqir sayılacaq. Yenə Paşinyan öz vətəndaşlarını ona “türk” dedikləri üçün məhkəməyə verəcək. Hər şey olduğu kimi davam edəcək... Davam edəcəkmi?! O, ayrı sualdır... Bəlkə “türk elə türkdür, onlara inanmaq olmaz”, “Sən türksən?”, “Türklər belə belə etməz” kimi təhqirlər başa çatar deyirdim, amma artıq əminəm ki, Ermənistanda bu nifrət əbədi olaraq davam edəcək. Məqalədə də qeyd edildiyi kimi, cəmi bir həftə əvvəl Erkir Tsirani (Ərik ölkəsi) partiyasının lideri Zaruhi Postancyan Ermənistan parlamentində ermənilərin faşist mahiyyətini bir daha nümayiş etdirib. Ölkə mətbuatında “türklər” haqqında işlətdiyi təhqiramiz ifadələri yayılan Postancyan parlamentdə demarkasiya və delimitasiya ilə bağlı müzakirələr zamanı azərbaycanlılara qarşı irqçi bəyanatlarla çıxış edib. Sabiq deputat beynəlxalq tədbirlərin birində Azərbaycan nümayəndələri ilə oturmaqdan imtina etdiyini bildirib. Xanım Postancyan etdiyi hərəkətin səbəbini belə izah edib: “Oturmaq üçün dəhlizdən keçəndə mənə dedilər ki, o tərəfə getmə. Orda türklər oturub. Və biz pis qoxunun haradan gəldiyini bilirik. Təbii ki, türklərdən idi. Türklərlə yaşayanlar bilirlər ki, onların evlərindən iy gəlir.”
Buyurun, bu da sizə faşist yanaşması! Bu da sizə qarşı nifrət və kinlə dolmağın bir nümunəsi! Dünya ölkələr və millətlər arasında münasibətlərin dialoq və qarşılıqlı əlaqələr üzərində qurulmasını istədiyi halda biz Ermənistanın Türkə qarşı olan bu kin və nifrəti necə şərh edəcəyik?! Bu onların heç vaxt dəyişməyəcək vərdişləridir! Amma, belə olmaz! Əgər onlar üzr istəməsələr. Biz belə oturub əl-qolumuz bağlı gözləmək fikrində deyilik! Biz bu problemi sonuna kimi həll etməkdə qərarlıyıq!
Dr.Derya Akdemir
Araşdırmaçı yazar