Azərbaycanda 500 manat nominalında yeni pul əsginasları, o cümlədən Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarımızın tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə silsilə xatirə pul nişanları dövriyyəyə buraxılıb. Bu barədə Mərkəzi Bankdan ötən həftə keçirilən xüsusi təqdimatda məlumat verilib. 

Bu barədə Mərkəzi Bankdan ötən həftə keçirilən xüsusi təqdimatda məlumat verilib.

Sözügedən pul nişanlarının “xatirə pul nişanları” adlanması, məhdud sayda buraxılması bəzi sualların yaranmasına səbəb olub. Belə ki, 8 noyabr - Zəfər Günü ilə əlaqədar dövriyyəyə buraxıldığı bildirilən həmin pul nişanlarından hər kəsin istifadə edib-etməyəcəyi, necə, hansı məqsədlərlə istifadə ediləcəyi kimi suallar yaranıb.

Faktyoxla Lab. bu məsələyə aydınlıq gətirib.

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Faktyoxla Lab-a bildirib ki, mövcud qanunvericiliyə əsasən yubiley vә xatirә pul nişanları Mәrkәzi Bank tәrәfindәn ölkәnin tarixini, incәsәnәtini, dövlәtçilik әnәnәlәrini, görkәmli şәxsiyyәtlәrini, ictimai, siyasi vә digәr әlamәtdar hadisәlәrini, ölkәnin flora vә faunasını vә sair mövzuları tәrәnnüm edәn qiymәtli metallardan vә digәr materiallardan hazırlanmış mәhdud sayda tәdavülә buraxılan pul nişanlarıdır:

“Həmin qaydada da çağdaş tariximizin ən şanlı səhifələrindən biri olan Zəfər tarixinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən 500 manat nominallı “ZƏFƏR” xatirə banknotu, qızıl və gümüşdən hazırlanmış “Zəfər” xatirə monetası, eləcə də düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə “Şuşa” şəhərinə, “Cəbrayıl”, “Qubadlı”, “Ağdam”, “Zəngilan”, “Füzuli”, “Laçın”, “Kəlbəcər”, “Xocavənd” rayonlarına və “Suqovuşan” qəsəbəsinə həsr olunan gümüş xatirə sikkələri 4 noyabr 2021-ci il tarixindən tədavülə buraxılıb. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanunu”nun 33.6-cı bəndinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir”.

Əliyevin sözlərinə görə, həmin pul nişanlarına sahib olmaq üçün sifariş verilməlidir: “Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar ölkədə fəaliyyət göstərən kommersiya banklarına müraciət edə, eləcə də Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi”nə daxil olaraq  satın ala və ya “Elektron müraciətlər Sistemi”nə daxil olaraq  sifariş edə bilərlər”.