Dəfələrlə beynəlxalq təşkilatların və nüfuzlu media orqanlarının səhifələrində prezident Serj Sarqsyanın korrupsiya əməlləri və kriminal ünsürlərlə əlaqələri barədə danışılıb və çoxsaylı məqalələr dərc edilib. S. Sarqsyanın hakimiyyətdə olduğu illərdə müxtəlif vasitələrlə bu cür məlumatların qarşısını almağa çalışıb. Hazırda isə onun korrupsiya cinayətləri barədə yeni-yeni məlumatların yayılması səngimək bilmir. Bu dəfə də https://oc-media.org media qurumu Serjikin (əsl adı belədir) cinayət əməllərindən bəhs edən yazı dərc edib. “Criminal case launched over Armenian ex-President’s repeated trips to German spa town” adlı məqalədə Sarqsyanın Ermənistanın dövlət büdcəsinə aid pulları özünün şəxsi məqsədlərinə xərcləməsi qeyd edilir. Sarqsyan Baden-Badendəki kazinolarda 100 milyon dollardan çox dövlət vəsaitini uduzubdur.

Qeyd edək ki, Ermənistanın Xüsusi İstintaq Xidməti keçmiş prezident Serj Sarqsyanın Almaniyanın Baden-Baden kurort şəhərinə 15-dən çox səfərləri ilə bağlı cinayət işi açıb. İrevanda yerləşən Fakt Araşdırma Platforması (FIP) tərəfindən dərc edilmiş hesabatda isə Sarqsyanın prezident olduğu müddətdə Alman kurort şəhərinə etdiyi 15-dən çox səfəri sənədləşdirilib. Bu onu, təsdiqləyir ki, Serjik bir neçə dəfə qumar oyunlarında küllü miqdarda pul uduzub. FIP-in hesabatı onu göstərir ki, Sarqsyan həm də tətil üçün təkcə, Baden-Badenə səfər etməyib, eyni zamanda, xarici ölkələrə rəsmi səfərləri zamanı digər bu tipli “sürprizlərlə” üzləşib. Yəni, Sarqsyan təkcə 100 milyon dollar deyil, daha çox məbləğdə pul uduzub. Rusiyanın nüfuzlu “Московского комсомолец” qəzetində bu barədə dərc edilmiş məqalədə qeyd edilir ki, Sarqsyan qumar oyunlarının aludəçisi kimi vaxtaşırı olaraq büdcənin pullarını Avropa kazinolarında uduzub. 

Ermənistanda iqtisadiyyatın ən gəlirli sahələri S.Sarqsyanın rəhbərlik etdiyi iki qruplaşma arasında bölünüb. Sarqsyan ölkəsinin pullarını yaxın adamlarının adlarına yaratdığı şirkətlərə pul köçürmələri yolu ilə mənimsəyib.
Sarqsyan və ailəsi, yaxın qohumları Ermənistanda yanacaqdoldurma stansiyaları şəbəkəsinə, Qarabağda şərabçılıq zavodlarına, “Mika Group” vasitəsilə idarə olunan “Hadrut şərab zavodu”na, “Ararat Nankı”na və “Ararat” restoranlar şəbəkəsinə sahib olub. Onun “Armavia” ava şirkəti və “Mika group” MMC-nə daşınmaz əmlak və tikinti, maliyyə brokerliyi, informasiya-kommunikasiya texnologiyaları, bucda emalı və un təchizatı daxil olub. Bu MMC yanacaq, benzin, aviakerosin və dizel yanacağının xaricdən idxalı ilə məşğul olub və dövlət tenderlərində qalib gələrək şişirdilmiş büdcə vəsaitlərini “silibdir”. 
Sarqsyan Moskvada mehmanxana-restoran kompleksinə, Londonda şəxsi iqamətgaha da sahib olub. “BTB Bank – Armenia” “ və “Armsberbank”ın səhmlərinin 50 faizi də Sarqsyan ailəsinin əlində cəmləşib. “Global-Contact” offşor şirkəti vasitəsilə “büdcə yuyuculuğnda” xüsusi fəallıq göstərib.  (Mənbə: compromat.ru)

Ermənistanın 2013-cü ildə yanacaq böhranı yaşadığı bir dövrdə Rusiya şirkətlərindən tədarük edilən yanacaq məhsullarının kənd təsərrüfatında “otkat”laşdırılması həyata keçirilib və hökumətin kənd təsərrüfatına yardım proqramı çərçivəsində şişirdilmiş qiymətə dizel yanacağından  489 milyon dram (1 milyon dollar) mənimsənilib. Ermənistan Xüsusi İstintaq Xidmətinin (DTX) apardığı tədqiqlər nəticəsində məlum olub ki, Sarqsyan bu prosesdə dövlət məmurlarına ciddi təzyiqlər edib.

“Tert.am” saytı qeyd edir ki, 2013 -cü ilin yanvar ayında hökumətin ölkədə 17 milyon litr dizel yanacağının alınması üçün elan etdiyi tenderin qalibi Sarqsyana yaxın olan “Flesh” şirkəti seçilib. Serjikin yaxın dostu olan iş adamı Barseq Beglaryan  həmin şirkətinə yanacaq təchizatı üçün 1.7 milyard dram (3.5 milyon dollar) ayrlıb və beləliklə, şişirdilmiş həmin tenderdən 1 milyon dollar Sarqsyana çatıb. 

Sarqsyan “Flesh” şirkətinin sahibi Barseq Beqlaryanın köməyi ilə dizel yanacağı üçün dövlət tərəfindən ayrılan aqrar sahəyə ayrılmış subsidiyaları da mənimsəyib. Onun bu əməliyyatlarda tərəf-müqabili kənd təsərrüfatı naziri Sergo Karapetyan olubdur. (mənbə)

 

Xarici media da bu mövzuya xüsusi diqqət ayıraraq Sarqsyanın büdcə subsidiyalarına tamah salmasından və regionlarda yanacaq-sürtkü materiallarından əziyyət çəkən yoxsul ermənilərin haqqının bu cür göyə sovrulmasını Serj hökumətinin korrupsioner mahiyyətinin xarakterik halı kimi qiymətləndirir. (mənbə

Sarqsyan büdcə vəsaitlərini digər yollarla israf etməkdə də ittiham olunur. Onun “Максур” şirkətini saxta tenderdə qalib çıxararaq dövlət qurumlarının yanacaq təchizatını təmin etməklə külli miqdarda büdcə vəsaitlərtini şişirtməsi və eks-Prezidentin maddi mənafeyinə uyğun yönəltdiyi bildirilir. (mənbə: interfax.az)

S.Sarqsyan ölkənin müdafiə sahəsinə və hərbi sənayenin inkişaında büdcədən ayrılmış pulları da müxtəlif vasitələrlə mənimsəyib. ABŞ-ın “Prime Healthcare” şirkətinin prezidenti, erməni əsilli amerikalı xeyriyyəçi Mayk Sarian qeyd edib ki, Sarqsyanın hakimiyyəti illərində ard-arda 2 il ərzində Ermənistana Səhiyyə və Müdafiə Nazirliyinə 15 milyon dollarlıq tibbi avadanlıq və ləvazimat göndərilib. Məlum olub ki, həmin mallar bazarlarda satılaraq mənimsənilib. (mənbə: aysor.am)

Azərbaycan Prezidenti İlham Əiyev də dəfələrlə bildirib ki, Köçəryan-Sarqsyan rejimi hərbi hissələrə çatmalı olan sursat və ərzağı mənimsəyiblər. “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir. Müharibə zamanı “tuşonka” satan general hansı sözlərə layiqdir? Serjikin sağ əli olan, müharibə dövründə müdafiə naziri vəzifəsində çalışan hərbi cinayətkar bu yaxınlarda Ermənistanda həbs edildi, oğurluğa görə. Nasaz silahlar alırdı, pullarını da qoyurdu cibinə. Bu haqda bizdə kifayət qədər məlumatlar var, həm müharibədən əvvəl, həm müharibə zamanı hansı əməllərdən çıxırdılar”.

Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinin, xüsusilə mühüm əhəmiyyətli üşlər üzrə İstintaq İdarəsində Ermənistan MN-in və SQ-nin müvafiq vəzifəli şəxslərinin səlahiyyət həddini aşması üzrə aparılan araşdırmanın nəticələri də göstərir ki, bu iqtisadi cinayətləri Sarqsyan himayə edibdir. Müdafiə Nazirliyi sisteminin hərbi qulluqçularının mənzillə təminatı zamanı yol verilmiş ciddi pozuntular, 71 mənzilli yaşayış binasındakı 29 mənzilin bölüşdürləməsində rüşvət və korrupsiya halları birbaşa eks prezidentin xeyir-duası ilə həyata keçirilib. (mənbə: azatutyun.am)

Serj Sarqsyanın xaricdə daşınmaz əmlaka sahib olması barədə də təkzibolunmaz dəlillər mövcuddur. O, bu işdə qardaşı Aleksandr Sarqsyanın  ABŞ-da yaratdığı daşınmaz əmlak və inşaat şirkəti vasitəsilə həyata keçirib. (mənbə: hetq.am)

“Hana MEK” MMC-nin sahibi olan Aleksandr Sarqsyanın korrupsiya əməllərini Ermənistanın Dövlət Gəlir Komitəsi təsdiqləyib. A. Sarqsyanın kiçik oğlu Narek Sarqsyan Ermənistanda nəqliyyat və yük daşımaları ilə məşğul olan “Hana-Trans” MMC-ni təsis edərək ticarət əməliyyatları zamanı büdcəyə ödənilməli olan milyonlarla dollar ƏDV-ni ödəməyərək vergidən yayınıb. Onun Vardenisdə fəaliyyət göstərən digər şirkəti Hərbi Sığorta Fondunun vəsaitlərini investisiya proqramı adı alıtnda “sovurub”. (mənbə: oc-media.org

Narek Sarqsyan

Qeyd edək ki, Aleksandr Sarqsyan külli miqdarda mənimsəmə və korrupsiya faktı ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Foto: Sarqsyan qardaşını mükafatlandırır

O, həmçinin digər qardaşı Lyova Sarqsyan və onun övladları qeyri-qanuni yolla külli miqdarda gəlir əldə etmək və onu gəlir bəyannaməsinə daxil etməməkdə şübhəli bilinərək istintaqa cəlb olunub. Lyova Sarqsyan və onun qızı Ani Sarqsyan, oğlu Narek Sarqsyan 6,8 milyon dollar vəsaiti gizlətməkdə ittiham olunur. Lakin Lyova Sarqsyan qızı ilə birlikdə 2017-ci ildə hesabat dövründə yüksək vəzifəli şəxslərin əmlak və gəlirləri haqqında etika komissiyasına bəyannamə təqdim etsə də (ictimai xidmət haqqında qanuna əsasən,) bank depoziti kimi yerləşdirdikləri 7 milyon dollara yaxın vəsaiti gəlir bəyannaməsində göstərməyiblər. (mənbə: regnum)

Serj Sarqsyan qudası Ara Minasyanın adına şirkət açaraq onun vasitəsilə dövlət vəsaitlərinin mənimsənilməsinə də nail olub. Belə ki, dövlətin səhiyyəyə ayırdığı pulların bir hissəsi “əhalinin tibb xidmətlərlə təchizatı” adı ilə Müqəddəs Qriqori adına Tibb mərkəzinin rəhbəri olan Ara Minasyana ötürülüb və böyük bir iqtisadi cinayət sistemi qurulub. Həmin tibb obyektində dövlətə məxsus 545 milyon dram ( 1,9 milyon dollar) “yuyulub”. (mənbə)

Foto: Sarqsyan ailəsinin cinayət şəbəkəsi

Sarqsyanın kürəkəni Mixael Minasyanın da korrupsiyada iştırakı istisna deyil. Ermənistan vergi orqanları və Dövlət Gəlirləri Komitəsi tərəfindən onun saxta aktivlərin dövriyyəsi, çirkli pulların yuyulmasında iştirakı barədə ciddi ittihamlar açıqlanıb. Vergi orqanları Minasyanın 2013-2018 -ci illərdə Ermənistanın Vatikandakı səfiri vəzifəsində çalışdığı zamanı siyasi və iqtisadi təsirlərindən istifadə edərək Ermənistan iqtisadiyyatının müxtəlif sahələrinə “nüfuz” etdiyini bildirirlər. (Mənbə: armtimes.com)

Ermənistanın uzun illər işğalda saxladığı Azərbaycana məxsus ərazilərdə narkotika becərdiyi də konkret dəlillərlə sübut olunub. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib ki, həmin ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilib. (mənbə)

Reallıq budur ki, cinayətkar rejimin başçısı S.Sarqsyan da bu narkoticarətin bir həlqəsi olub. Qarabağın iqtisadi sərvətləri erməni diasporunun yaxın tərəfdaşı olan xarici şirkətlər tərəfindən mənimsənilib. Bu işdə əsas rolu “Qarabağ klanı” oynayıb ki, burada da əsas fiqurlardan biri  yenə də S. Sarqsyandır.  

“Sarqsyan korrupsiyanın simvoludur”, bu fikirlər erməni cəmiyyətində tez-tez səsləndirilir. Ermənistanın Qafqaz İnstitutunun sosial tədqiqatlar üzrə mütəxəssisi Qrant Mikaleyan hələ Sarqsyan hakimiyyətdə olduğu dövrdə açıq şəkildə qeyd edirdi ki, korrupsiya Ermənistanda ictimai müzakirələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Hakimiyyətin bütün qanadlarında geniş yayılmış korrupsiya Ermənistanda hakimdir. Bir çox Ermənistan vətəndaşının düşündüyü kimi  korrupsiya problemini iqtisadiyyatda hakim şəxslərlə və siyasi elita ilə daha sıx bağlıdır. Hakim elitanın (söhbət 2013-2018-ci illərdən gedir) korrupsiya şəbəkəsi qohum biznesə dövlət vəsaitləri hesabına bahalı layihələr verilməsi, dövlət tenderlərinə cəlb edilməsi, “otkatlar” və s. sxem üzrə qurulubdur. Bu qrup vergidən yayınma və çirkli pulların yuyulması, habelə onları xaricdə gizli dəniz sahillərindəki hesablara daşınmasında “püxtələşib”. (mənbə: theanalyticon.com

Qlobal korrupsiya araşdırmalarında, Korrupsiya Qavrama İndeksi (CPI) və Qlobal Korrupsiya Barometrində (GCB) mütəmadi olaraq Ermənistanda korrupsiyanın geniş yayıldığı əks edilib. Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency International) 2016-2017-ci illərdə açıqladığı “Korrupsiya Qavrama İndeksi” hesabatlarında qeyd olunurdu ki, Ermənistanda hər il korrupsiyanın səviyyəsi 18-20 pillə artır, Mərkəzi Asiya bölgəsi ölkələrnin yer aldığı 110-150-lik qrupunda yerini “möhkəmləndirir”. Əvvəllər ölkədə korrupsiya göstərici 50 %-dən aşağı idisə, 2017-ci ildə 69%-ə çatıb. Ermənistan bu göstəriciyə görə, Somali, Cənubi Sudan, Şimali Koreya, Suriya kimi ölkələrlə eyniləşdirilirdi. (mənbə: newsarmenia.am) 

Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2017-ci ildə dərc etdiyi hesabatda da Sarqsyan hakimiyyətinin korupsiya ilə mübarizədə cəsarətsiz olduğunu və heç bir təsirli addım atmadığını bildirirdi. Hesabat sənədində qeyd edilirdi ki, Ermənistandakı korrupsiya cinayətlərinə qarşı qanun çərçivəsində heç bir addım atılmır və hüquq-mühafizə orqanlarının bu istiqamətdə fəallığı yoxdur. Korrupsiya iqtisadiyyatda, dövlət idarəçiliyində və yüksək vəzifəli şəxslərin timsalında daha çox nəzərə çarpır.

Nəticə: Ermənistanın eks-prezidenti Serj Sarqsyan hakimiyyəti dövründə təkcə opponentlərinə qarşı terror, həbs, izləmə ilə yadda qalmayıb. O, erməni xalqı tərəfindən böyük korrupsiya sxemlərinin yaradıcısı, külli miqdarda vəsaiti mənimsəyən, qumarbaz, xəyanətkar kimi xatırlanır.