Ermənistan parlamentinin üzvü Hayk Sarqsyanın “Baş nazirin oğlu Aşot Paşinyan 44 günlük müharibədə ən qızğın döyüşlərdə iştirak edib” fikri müxalifət tərəfindən kəskin tənqidlərlə rastlaşıb. Müxalifət təmsilçiləri bildirirlər ki, Paşinyanın oğlu müharibədə iştirak etməyib.

Faktyoxla Lab. faktın dəqiqliyini araşdırıb.

Rusiyanın lenta.ru saytı 01 oktyabrda məlumat yaymışdı ki, Paşinyanın oğlu müharibədə iştirak etmək üçün Qarabağa gedib. Bu haqda «Sputnik Армения”-a Anna Akopyan özü məlumat verdiyi bildirilirdi. Sayt yazırdı: Mən oğluma dedim ki, formanı geyin və get. Mən səni çox sevirəm, amma vətən üçün ölməkdən şərəfli heç nə yoxdur”  

Bu açıqlamadan 6 gün sonra Anna Hakopyan facebook səhifəsində ailə fotosunu paylaşmış və fotonun 05 oktyabrda çəkildiyini qeyd etmişdir. Həmin fotoda isə Aşot Paşinyan da var.

Nəticə: Anna Hakopyanın oğlunu müharibəyə göndərməsi ilə bağlı fikirləri pafos və kütlə ilə manipulyasiyadır.