Axtarış

Select theme:

Əsilləri Rusiyadan olan "Warner Brothers"-in tarixçəsi: Amerika arzusunun reallaşması, yoxsa böyük ailə faciəsi?

Bilirdinizmi ki, "Warner Brothers"-in qurucularının əsilləri Rusiya İmperiyasındandır?

Bu tarixçəni danışacam.

Onların soyadı Vonskolaserdir. Dörd qardaş, sadə pinəçinin (çarıqçı) oğulları, yəhudi poqromlarından və kasıblıqdan canlarını qutararaq Amerikaya üz tutublar.

Ölüm yatağında olan ataları onlarа and içdir ki, heç vaxt bir-birinə xəyanət etməsinlər!

Qardaşlar Amerikaya demək olar ki, əliboş gedirlər. Qardaşlar biznesə başlamaq üçün əllərində olan yeganə qiymətli vasitəni- ailə atını satıb köhnə proyektor alırlar. Beləliklə qardaşların kino biznesində ilk addımları atılır. İlk kinoteatrları sadəcə bir neçə stuldan,  tamaşaçıları isə dəfn bürosunun borclularından ibarət olur.

İllər keçdikcə işləri düz gətirmir və onlar iflas astanasına çatırlar. İnanılmaz deyil, lakin faktdır ki, onları sonradan məşhurlaşan “Rin Tin Tin” ləqəbli it xilas edir!

Onunla çəkilən filmlər böyük gəlir gətirərək studiyanı borclardan qurtarır. Ancaq onlar hələ də bu sahədə ikinci dərəcəli sayılırdılar. Buna görə də qardaşlar riskli qərar verirlər - səsli kinoya keçid.

"Caz müğənnisi" filmi onların böyük zəfəri olur. Beləliklə “səssiz kino” dövrü bitir və qardaşlar Hollivudun sahibinə çevrilirlər.

Lakin bu zəfərin də qiyməti ağır olur. Qardaşlardan “səsli kino”ya ən çox inanan Sem Uorner, premyeradan cəmi bir gün əvvəl vəfat edir və böyük uğuru görə bilmir. Daha sonra isə kiçik qardaş Cek atalarına verdikləri andı pozaraq qardaşlarına xəyanət edir: böyük qardaşlarını “Studiya”nı satmağa razı salıb, saxta firma vasitəsilə gizlicə özü alır. Harri və Albert bunu kiçik qardaşlarına heç vaxt bağışlamırlar. Cek tənhalığda öldü.

Beləliklə, bizə "Betmen", "Harri Potter" və "Matritsa" kimi əsərləri bəxş edən "Warner Brothers"-in tarixçəsində Amerika arzusunun reallaşması deyil, əsl ailə faciəsi gizlənir.

 

Oxşar məqalələr: