Süni intellekt tərəfindən yaradılan real vizuallar rəqəmsal savadımızın və şübhə əzələmizin sərhədlərini aşır. Süni intellekt testimizdə bu sərhədləri genişləndirməyə çalışacağıq.
Bu yazını bir il əvvəl yazsaydıq, yəqin ki, süni intellekt dəstəyi ilə hazırlanmış şəkilləri real fotoşəkillərdən ayırmaq üçün bir neçə ipucu təklif edərdik. Ancaq bu gün bu ipuçları bizi həqiqətə aparmağa həmişə kifayət etmir.
Çünki indi qarşılaşdığımız görüntülərdən hansının real, hansının süni intellektin məhsulu olduğuna qərar vermək üçün daha çox arqumentlərə ehtiyacımız var.
O qədər ki, hətta kameranın ixtirasından əsrlər əvvəl yaşamış tarixi personajlar belə yüksək təsvir keyfiyyətində bu gün təqdim oluna bilirlər.
Üzünü tanıdığımız və bütün həyatlarını öyrənə biləcəyimiz personajların süni intellektdən istifadə edərək uğurlu surətlərinin istehsalının şahidi oluruq. Məsələn, “Bloomberg” tərəfindən hazırlanan testdə Merilin Monronun iki fotoşəkilindən hansının real olduğuna qərar vermək olduqca çətindir.
Hətta imkanları sürətlə şaxələnən süni intellekt texnologiyası ideyası da suları bulandırmaq üçün kifayətdir və bəzən həqiqəti axtarmaq çətinləşir.
Texnologiya platformaları dizaynda təhlükəsizlik haqqında yenicə danışmağa başlayıb. “Open AI” və “Meta” kimi böyük texnologiya şirkətləri süni intellektin məsuliyyətli və təhlükəsiz istifadəsi ilə bağlı siyasətin inkişafı istiqamətində bir sıra addımlar atıblar. Yaxın gələcəkdə süni intellektin yaratdığı təsvirləri ayırd etməyin yeganə yolu bu şirkətlər tərəfindən hazırlanmış gizli metadata və su nişanları ola bilər.
İndi isə keçək testimizə. Aşağıda təqdim edilən fotolardan hansı real, hansı süni intellektlə hazırlanıb?
Foto 1. Təqdim olunan meyvəli şirniyyat dəsti realdır ya Sİ ilə hazırlanıb? (Kömək: detallara diqqət yetirin)
Foto 2. Bu iki yeniyetmənin fotosu realdır, yoxsa Sİ ilə hazırlanıb? (kömək: divardakı yazı və oğlanların geyim detalları ipuclarıdır)
Foto 3. İstanbulda çəkildiyi deyilən bu foto realdır ya Sİ ilə hazırlanıb? ( Kömək: Ağaca və şəhər görüntüsünə diqqət)
Foto 4. İki gəncin fotosu realdır, yoxsa Sİ ilə hazırlanıb?
Foto 5. Pişik fotosu realdır, yoxsa Sİ ilə hazırlanıb?
Foto 6. Polis fotosu realdır, yoxsa Sİ ilə hazırlanıb? (Kömək: Polislərin simasına və yazılara diqqət)
Foto 7. Ağ ayı fotosu realdır, yoxsa Sİ ilə hazırlanıb?
Foto 8. Təqdim olunan köhnə foto realdır, yoxsa Sİ ilə hazırlanıb? (Kömək: detallara diqqət)
Foto 9. İki xanım müştərinin kafedə çəkdirdikləri bu foto realdır, yoxsa Sİ ilə hazırlanıb? (Detallara diqqət)
Foto 10. Türkiyə şəhərlərindən birində çəkildiyi iddia edilən bu foto realdır, yoxsa Sİ ilə hazırlanıb? (Kömək: yazılara və detallara diqqət)
Cavabları saytın teleqram kanalında təqdim edəcəyik.