Prezident Rəcəb Tayyib Ərdoğanın 2017-ci ildə “Togg” (Türkiyə Avtomobil Müəssisələri Qrupu) markası ilə yerli avtomobillərin istehsal ediləcəyini açıqlamasından sonra markaya qarşı fərqli iddialar irəli sürülüb.

“Togg”un T10X modelinin xaricdə istehsal olunduqdan sonra xarici dövlət nömrə nişanlı yük maşınları ilə Bursadakı istehsal mərkəzinə aparıldığı iddia edilib. Amma görüntülərə diqqətlə baxdıqda iddia təsdiqini tapmır. T10X model avtomobillərinin xarici nömrəli yük maşınları ilə daşındığı iddia edilən görüntüdə nəqliyyat vasitələrini daşıyan yük maşınlarının yerli nömrələrə sahib olduğu açıq şəkildə görünür.

Görüntülərdəki yük maşınlarının üzərindəki “Reysaş” yazısı da diqqət çəkir. İnternetdə sözü axtardığımız zaman avtomobilləri daşıyan şirkətin məhz “Reysaş” Taşımacılık ve Lojistik A.Ş. olduğunu öyrənirik.

Şirkət sosial media hesablarında “Togg T10X”-in daşınmasının görüntülərini də paylaşıb.

Açar sözlərlə internetdə iddia ilə bağlı axtarış verdiyimiz zaman “Togg T10X” modelinin xaricdə istehsal edildiyinə dair heç bir məlumata rast gəlmirik.

Bursadakı istehsal mərkəzinin görüntülərinə “Togg”un “YouTube” kanalında baxmaq olar.

 24 noyabr 2022-ci il tarixində “Togg”un istehsal mərkəzinin kuzov, montaj və boya sexi bölmələri mətbuat mənsublarına təqdim edilib

2022-ci ilin iyul ayında “Togg”, mindən çox işçisi olduğunu açıqladı. Prezident Ərdoğan bu yaxınlarda bildirib ki, gələcəkdə “Togg”da 20 min personal çalışacaq.

T10X ilə bağlı ən çox müzakirə olunan mövzu yerli məhsulların istifadə olunub-olunmamasıdır. Çoxları onun dizaynının və hissələrinin yerli istehsal olmadığını iddia edir. Sənaye və Texnologiya Naziri Mustafa Varank, T10X-in yüzdə 51 lokalizasiya dərəcəsi ilə istehsal olunacağını  və “Togg”-un 115 təchizatından 86-sının yerli olduğunu açıqlayıb.

Açıq mənbələrdən əldə edilən məlumata görə, avtomobilin akkumulyatoru Çin mərkəzli “Faransis Energy” və “Togg” şirkətlərinin ortaqlığı ilə Türkiyədə istehsal olunur. (istinad). Alman mühəndislik firması EDAG avtomobilin şaft və sürət qutusu kimi güc aqreqatlarını dizayn edir. Ancaq istehsal Türkiyədə aparılır (istinad). Ən vacib hissə olan mühərrik isə tamamilə xaricidir. “Togg” baş direktoru Gürcan Karakaş da elektrik mühərrikinin “Bosch”dan alındığını açıqlayıb.

Avtomobil “Pininfarina” üçün hazırlansa da, “Togg”un istəyinə uyğun olaraq dizayn edilib. Avtomobilin prototipi İtaliyada istehsal edilib. Gürcan Karakaş buna səbəb kimi prototipin istehsal edildiyi 2019-cu ildə Türkiyədə istehsal mərkəzinin olmamasını göstərib.

Ancaq bir məhsulun yerli, yoxsa xarici istehsal olmasını şərtləndirən ən mühüm amil əqli mülkiyyət hüquqlarıdır. T10X modelinin əqli mülkiyyət hüquqları tamamilə Türkiyəyə məxsusdur. 

Nümunə üçün qeyd edək ki, Türkiyədəki mərkəzlərdə istehsal olunan avtomobil markaları üçün türk istehsalı olan hissələrin istifadəsi “Hyundai” üçün 51-66%, “Renault” üçün 41-51%, “Fiat” üçün 51-58%, “Toyota” üçün 42-55% təşkil edir (istinad). Bu markalar “Togg” T10X-dən daha çox Türkiyə istehsalı olan hissələrdən istifadə etsə də, nəqliyyat vasitələrinin əqli mülkiyyət hüquqları türk şirkətinə aid deyil. Başqa sözlə, bir avtomobilin yerli hissələrdən istehsal edilməsi, onun yerli mal olmasını şərtləndirmir. Yerli mal olması üçün əqli mülkiyyət hüququnun olması vacibdir.

♦ Maşınları daşıyan yük maşınlarının yerli nömrələri var.

♦“Togg” avtomobillərin istehsal və göndərilmə şəkillərini paylaşıb.

♦ Açıq mənbələrdə T10X-in xaricdə istehsal olunduğuna dair heç bir sübut yoxdur.

♦ Nazir Mustafa Varank, T10X-in 51 faiz yerli hissələrə sahib olduğunu və “Togg”-un 115 təchizatından 86-sının yerli olduğunu açıqlayıb.